Koronavirusdan sağalan psixoloq: Xəstəxanadakı könüllülər gözümə təlxək kimi görünürdü
10-12-2021, 10:20
COVID-19-dan sağalmış rusiyalı praktik psixiatr xəstəlik zamanı özündə yaranan psixozları təsvir edib. O, dejavü hissi keçirdiyini deyib, ona elə gəlib ki, könüllülər özlərini kloun kimi aparır və parlaq geyinirlər.
“Mən oriyentasiyamı saxladım, amma eyni zamanda bir həftə əmin oldum (sonralar da uzun müddət də şübhədə qaldım) ki, elə bil əvvəllər bu xəstəxanada olmuşam, bu həkimləri görmüşəm, bu həbləri artıq nə vaxtsa qəbul etmişəm. Bilirdim ki, bunlar könüllülərdi, ancaq onlar nədənsə çox parlaq geyinmiş və təlxək kimi davranırdılar. Bax, belə bir dejavyü yaşadım”, - deyə adının çəkilməsini istəməyən psixiatr bildirib.
Həkim izah edib ki, koronavirus otoimmün vaskulitə səbəb ola bilər, bu da öz növbəsində intensiv psixozlar nəticələnir.
Qeyd edək ki, bir müddət əvvəl Serbiyanın Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin baş direktoru Zurab Kekelidze də COVID-19 keçirənlərdə kəskin, yaxud uzunmüddətli psixoz və panik ataklarla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, xəstəlikdən sonra insanlarda müəyyən pozğunluqlar aşkar olunur: məsələn, insan bəzi əşyaların adını və ya hansı hərəkətləri yerinə yetirməli olduğunu unuda bilər.
Mənbə: Lenta.ru