“OPEC”: Qlobal neft tələbi gündəlik 5.7 milyon barel artacaq

13-12-2021, 19:37           
“OPEC”: Qlobal neft tələbi gündəlik 5.7 milyon barel artacaq
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu il və gələn il üçün qlobal neft tələbi ilə bağlı proqnozunu sabit saxlayıb. Təşkilat bu il qlobal neft tələbinin ötən ilə nisbətən 5,7 milyon barel artaraq gündəlik 96 milyon 440 min barelə çatacağını proqnozlaşdırır.

“Margin.az” xəbər verir ki, bu barədə “OPEC”in aylıq neft bazarı hesabatında qeyd olunub.

Qlobal neft tələbinin gələn il 4 milyon 150 min barel artaraq gündəlik təxminən 100 milyon 590 min barelə çatacağı gözlənilir.

Bildirilib ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı regionunda yanacağa yüksək tələbin olması səbəbilə bu ilin birinci yarısı üçün qlobal neft tələbi proqnozu yüksəldilsə də, bu artım koronavirusa yoluxma sayının artması ilə kompensasiya edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru