Azərbaycan xalqını virusdan qoruyan genetik kodu var? - HƏKİM
14-12-2021, 07:18
Yaponiyanın RIKEN Tədqiqat İnstitutunun əməkdaşları COVİD-19-dan ölüm hallarının nisbətən aşağı olmasının əhalinin genetik xüsusiyyətləri ilə bağlı ola biləcəyini irəli sürüblər.
Cebhe.info xəbər verir ki, bu barədə araşdırmanın nəticələrinə dair “The Japan Times” qəzeti yazır.
Alimlər müəyyən ediblər ki, Yaponiya sakinlərinin 60%-də, Avropa və ABŞ əhalisinin isə yalnız 10-20%-də HLA-A24 molekulu var ki, bu da leykositin içərisindəki T hüceyrələrinə zərərli virusu müəyyən etməyə və onu məhv etməyə kömək edir. Daha sonra HLA-A24 molekuluna bağlanan, T hüceyrələrini aktivləşdirən və onları çoxalmağa təşviq edən QYI adlı antigen komponenti və ya epitop peptidini müəyyən edərək, koronavirus sünbül zülalını təhlil etdilər. Tədqiqatçılar qeyd edirlər ki, oxşar xüsusiyyətlər mövsümü koronaviruslara xasdır. Bu, ümumi koronaviruslara və COVID-19-un yaratdığı virusa qarşı çarpaz immunitetin molekulyar səviyyədə mövcudluğunu təsdiqləyir.
Xatırladaq ki, Yaponiyada COVID-19-a yoluxma hallarının kəskin azalması, koronavirusun özünü məhv etməsi, eləcə də pandemiya ilə mübarizədə uğurun yaponların əfsanəvi nizam-intizamı ilə əlaqələndirilməsi ilə bağlı fərziyyələrə səbəb olub.
Maraqlıdır, virusa yoluxmamaq üçün həqiqətənmi insanların genetik kodu köməyə gəlir? Hansı xalqlar viruslarla mübarizədə davamlı xüsusiyyətlərə malikdir?
Mövzuya dosent, cərrah Ədalət Rüstəm münasibət bildirib.
Həkim Cebhe.info-ya açıqlamasında deyib ki, müharibə gedən ölkələrdə qidalanma ilə problemlər çoxdur:
“Buna görə də həmin ölkələrin əhalisinin immuniteti aşağı olur. Afrika ölkələrində, Əfqanıstan, Pakistanda dolayısı müharibə ilə bağlı virusa yoluxma halları çox müşahidə edilir. Sözügedən ölkələrdə yaşayan insanlar az qala həftədə bir dəfə yemək yeyirlər. Afrika ölkələrindəki uşaqlar görmürsünüz nə gündədirlər?! Ona görə də bu kimi ölkələrdə ölüm halları daha çoxdur”.
Ədalət Rüsəm bildirib ki, insanların virusla bağlı mübarizəsində birinci onların sağlam həyat şəraiti keçirtmələri dayanır:
“İnsanlar nə qədər ki, sağlam həyat tərzi keçirir, yüksən maaş alır, normal qidalanır, onların immunitet də yüksək olur. Avropa ölkələrinin əksəriyyəti, ümumiyyətlə inkişaf etmiş ölkələrin vətəndaşları vaxtlı- vaxtında qidalanır, istirahət edir, təmizlənmək üçün hamam təlabatlarını ödəyirlər. Biz qidalanmaq və istirahət baxımından 3- cü dünya ölkələrinə aidik. Daha sonrakı sırada Pakistan, Hindistan və digər ölkələr dayanır. Ən birinci sıralarda isə Avropa ölkələridir”.