Meta Facebook istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə edib

15-01-2022, 08:38           
Meta Facebook istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə edib
İddia sahibi Lovdal Qormsen bildirib ki, onlar istifadəçilərinin şəxsi məlumatlarını lazımi təzminat ödəmədən ələ keçirirlər.
Böyük Britaniyada “Meta” şirkətinə qarşı Facebook istifadəçilərinin şəxsi məlumatlarından istifadə olunması ilə bağlı 2,3 milyard funt məbləğində iddia qaldırılıb.
İddia sahibi hüquqşünas Lovdal Qormsen bildirib:
“Onlar istifadəçilərinin şəxsi məlumatlarını lazımi təzminat ödəmədən ələ keçirirlər. Məncə, Facebook istifadəçiləri həmin şərtlərə və müddəalara razılıq verərkən bunun nə qədər ədalətsiz olduğunu tam dərk etmirlər”.

2015-ci il 1 oktyabr tarixindən 2019-cu il 31 dekabrınadək dövrün əhatə etdiyi iddiada “Meta”nın 1998-ci il Rəqabət Qanununu pozduğu, Facebook-a pulsuz girişə şərait yaradaraq, istifadəçilərin şəxsi məlumatlarını reklamçılara verməklə külli miqdarda gəlir götürdüyü göstərilir.
"İddiaçı feysbuk istifadəçilərinə vurumuş ziyanı 2,3 milyard funt məbləğində dəyərləndirib", - “Report” “The Guardian”a istinadən bildirib.
Xatırladaq ki, ötən ilin oktyabrında Facebook adını Meta-ya dəyişib.
Şirkətin banisi Mark Zukerberq bu barədə deyib:
"Əvvəllər klassik tədqiqatları sevirdim, "Meta" sözü isə yunan dilində "sonra" deməkdir. Mənim üçün o, həmişə nəsə yeni bir şey qurmağın rəmzidir".
Onun sözlərinə görə, yeni brend şirkətin diqqətini metakainata cəmləyir: orada insan ekranlardan imtina edərək virtual reallıqda mövcudluq hissini yaşayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.