BMT QAK-ın yardım göstərdiyi azərbaycanlı məcburi köçkünlərin sayı açıqlanıb

18-01-2022, 12:48           
BMT QAK-ın yardım göstərdiyi azərbaycanlı məcburi köçkünlərin sayı açıqlanıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) hüquqi yardım göstərdiyi azərbaycanlı məcburi köçkünlərin sayı açıqlanıb.

“Report”un xəbərinə görə, bu barədə BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçıqnlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə məlumat verib.

Onun sözlərinə görə, BMT QAK 1990-cı ildən Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra öz torpaqlarından didərgin düşən vətəndaşlara köməklik göstərib: "1995-1997-ci illərdən başlayaraq təşkilat məcburi köçkün düşmüş şəxslərə maddi yardımla yanaşı, hüquqi yardımlar da göstərib. İkinci Qarabağ müharibəsinədək təşkilat tərəfindən 10 mindən çox məcburi köçkün düşmüş şəxsə hüquqi yardımlar göstərilib".

Q.Ambrosio bildirib ki, BMT QAK vətəndaşlığı olmayan və yaxud vətəndaşlığı təhülkə altında olan şəxslərə də köməklik göstərib: "Çünki vətəndaşlığı olmayan şəxslərin də taleyi bizi çox maraqlandırır. 1990-cı illərin sonundan hazırki dövrədək 221 vətəndaşlığı olmayan şəxsə hüquqi yardım göstərilib. Həmin şəxslər hazırda vətəndaşlıq alıb, şəxsiyyət vəsiqəsi ilə təmin olunublar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.