“iPhone”nun gizli funksiyası nümayiş olundu – VİDEO

11-02-2022, 10:54           
“iPhone”nun gizli funksiyası nümayiş olundu – VİDEO
Katarina Moqus (Katarina Mogus) adlı bloqer “iPhone”nun az məlum olan xüsusiyyətindən danışıb.

“TikTok”da yayımlanan videoda o, smartfonun öz sahibinin yerdəyişmələrini avtomatik olaraq kənar şəxslərə ötürə biləcəyini göstərib.

Bunun üçün ilk addım “Avtomatlaşdırma” bölməsinə keçmək, sonra “Özün üçün avtomatlaşdırma yarat” bəndini, daha sonra isə “Gəliş” düyməsini sıxmaqdır. Açılan pəncərədə istədiyiniz coğrafi yeri seçmək və “Bitir" düyməsini basmaq lazımdır. Bundan sonra istifadəçi təyinat yerinə çatdıqda yerinə yetiriləcək hərəkəti dəqiqləşdirməlidir.

Beləliklə, müəyyən bir geolokasiyaya çatdıqdan sonra “iPhone” avtomatik olaraq tələb olunan hərəkəti yerinə yetirəcək: istədiyiniz kontakta zəng və ya mesaj göndərəcək.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru