ABŞ dollarının möhkəmlənməsi fonunda neft ucuzlaşıb

11-02-2022, 13:02           
ABŞ dollarının möhkəmlənməsi fonunda neft ucuzlaşıb
Bahalaşan ABŞ dollarının təzyiqi altında neftin qiyməti aşağı düşüb.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,37% ucuzlaşaraq, 1 bareli 91,07 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,23% aşağı düşərək, 1 bareli 89,67 ABŞ dolları təşkil edib.

İndeksi 0,45% artaraq, 95,98 bəndə çatmış güclü ABŞ dolları neft bazarında mənfi dinamikaya səbəb olub.

Bu sıçrayışa ABŞ-da 1982-ci ilin fevral ayından sonra rekord səviyyədə inflyasiyanın müşahidə olunması səbəb olub. Belə ki, ötən ay ilə müqayisədə istehlak qiymətlərində artım illik ifadədə 7%-dən 7,5%-dək sürətlənib. Təkcə yanvar ayında isə qiymətlər 0,6% artıb.

Yüksək inflyasiya səviyyəsi ABŞ-ın Federal Ehtiyatlar Sistemini (FES) baza faiz dərəcəsini tezliklə artırmağa vadar edəcək ki, bu da milli valyuta üçün müsbət haldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru