Ukraynada Rusiyanın 300-dən çox zabiti öldürülüb

26-04-2022, 00:19           
Ukraynada Rusiyanın 300-dən çox zabiti öldürülüb
Müharibə başlayandan indiyədək Ukraynada Rusiyanın 300-dən çox zabiti, o cümlədən Qara Dəniz Donanması komandirinin müavini və iki general-mayor həlak olub. Döyüş qabiliyyəti ən yüksək olan hərbi birləşmələrin - xüsusi təyinatlıların, dəniz piyadalarının, paraşütçülərin bir hissəsi olan azı 500 əsgər zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə könüllülər qrupu ilə birlikdə Ukrayna ərazisində Rusiya hərbçilərinin məhv edilməsi ilə bağlı 1 700-dən çox nəşri tədqiq edən "Mediazona" internet nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, xüsusilə, 2014-cü ildə Ukraynanın şərqində döyüşən Kostroma və Pskov desantları böyük itki verib.

“... Döyüş meydanında vəzifələrinə ümumiyyətlə xarici ərazilərdə müharibə aparmaq daxil olmayanlar da var idi: Milli Qvardiyanın 70-dən çox döyüşçüsü öldürüldü...”, - nəşrin materialında deyilir.

Jurnalistlər Ukraynada 7 helikopter pilotunun və azı 20 pilotun da zərərsizləşdirildiyini öyrəniblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.