Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr - SİYAHI

28-04-2022, 16:51           
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr - SİYAHI
Ötən il insan alveri qurbanlarının istismara məruz qaldığı ölkələr məlum olub.
Teref.az "report"a istinadla xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Qurbanlardan 74-ü Türkiyə, 12-si Rusiya, 7-si İran, 1-i Birləşmiş Ərəb Əmirlikləri, 1-i isə Azərbaycanda istismara məruz qalıb.
Qeyd edək ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib.
Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah-aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.