Beriyanın kabinetindən tapılanlar hamını şoka salıb - Süni kişi cinsi orqanları, alt paltarları və...
29-04-2022, 08:18
![Beriyanın kabinetindən tapılanlar hamını şoka salıb -](/uploads/posts/2022-04/1651173679_1.jpg)
Qadınlar üçün alt paltarları, corablar, idman dəstləri, uşaq geyimləri, müxtəlif çeşidli içkilər, siqaretlər, hədiyyələr, saatlar, qədəh dəstləri və s. Bu siyahıya nəzər salanda ilk baxışda insanda kiçik bir mağaza, ticarət köşkü təəssüratı yaranır. Bu siyahıya intim əşyaları da əlavə etsək “zəngin” bir dükanı da göz önünə gətirmək olar.
Amma yox, söhbət nə dükandan, nə də ticarət köşkündən gedir. Bütün bu əşyalar Stalin hakimiyyəti dövründə ikinci şəxs sayılan Lavrenti Beriyanın kabinetindən tapılıb.
Sovet dövründə yüksək ranqlı dövlət məmurları vəfat etdikdə, yaxud həbs olunduqda onların kabinetləri işlədikləri qurumların işlər idarəsi tərəfindən möhürlənib. Möhürlü qalan kabinetlər yeni təyinatdan sonra açılaraq təhvil-təslim aparılıb. Bu rəsmi prosedur sayılıb.
Maraqlıdır, ölən, yaxud həbs olunan məmurların kabinetində “təcili və təxirəsalınmaz” axtarışların aparılması hansı zərurətdən doğub? Sözsüz ki, həmin kabinetlərdə küllü miqdarda pul, var-dövlət axtarılmayıb. Hərçənd elə məmurlar olub ki, kabinetlərindəki seyflərindən pul bağlamaları da çıxıb. Amma bu axtarışda əsas məqsəd kabinetlərdə olan sənədləri, məxfi qovluqları götürmək olub.
Bu cür prosedur Lavrenti Beriyanın həbsindən sonra onun kabinetində də aparılıb. Həmin dövrdə Nikita Xruşovun göstərişi ilə Mərkəzi Komitənin katibi Nikolay Şatalin Beriyanın xidməti kabinetində axtarış aparan xüsusi qrupun rəhbəri təyin edilib. Əsas məqsəd marşalın kabinetindəki seyfdən məxfi və digər sənədləri əldə etmək olub. Sənədlər öz yerində, amma axtarış qrupu kabinetdə və kabinetdəki bir neçə seyfdə tamam fərqli bir mənzərənin şahidi olublar.
Mərkəzi Komitənin 1953-cü il iyul plenumunda Nikolay Şatalinin axtarışlarla bağlı məruzəsi plenum iştirakçılarını sözün əsl mənasında heyrətə gətirib. Düzdür, plenumda iştirak edən dövlət məmurları Beriyanın “əxlaq keyfiyyətləri”nə, azyaşlı qızlar və qadınlarla seks əyləncələrinə yaxşı bələd olublar, amma axtarış zamanı onun kabinetindən tapılan əşyaları ağıllarına belə gətirməyiblər. Nikolay Şatalinin geniş məruzəsində aşağıdakı ifadələr da öz əksini tapıb:
“Lavrenti Pavloviç Beriyanın xidməti kabinetində aparılan axtarış zamanı qeydiyyatdan keçən və keçməyən məxfi sənədlərlə yanaşı, xidməti işə aidiyyatı olmayan bir çox əşyalar da tapılmışdır. Belə ki, axtarış zamanı qrup üzvləri kabinetdəki seyflərdə və şkaflarda aşağıdakıları aşkar etmişlər. Tam olmayan siyahını sizin diqqətinizə çatdırmaq istəyirəm: 15 ədəd qadın idman kostyumu, 12 ədəd qadın yay koftası, 11 cüt xaricdə istehsal olunmuş qadın corabı, 7 dəst xaricdə istehsal olunmuş qadın alt paltarı, 5 ədəd süni kişi cinsi orqanı, içərisində 12 ədəd olmaqla iki qutu “rezin qoruyucu”, 6 dəst uşaq alt paltarı, 5 ədəd uşaq paltarı və s.”
Bunlarla yanaşı Beriyanın kabenetində xeyli sayda bahalı içkilər, siqaretlər, qədəh dəstləri, qızıl qadın saatları da aşkar edilib. Məhkəmə prosesində bu əşyalar haqqında Beriyanın mühafizə rəisi, milliyətcə erməni olan polkovnik Sarkisov maraqlı açıqlamalar verib. O, öz “şef”ini çox rahatlıqla satmağa başlayıb:
“Bu əşyaların, demək olar ki, hamısını Beriyanın göstərişi ilə mən almışam. İstifadə etdikcə həmin əşyalar yeniləri ilə əvəz olunurdu. O ki qaldı, onların hansı məqsədlə istifadəsinə, bu suala cavab vermək gülünc olar. Aydın məsələdir ki, onların hamısı Beriyanın sevgililəri üçün istifadə olunub. Özü də çox tez-tez. Yalnız “rezin qoruyucular”dan az istifadə olunurdu. Ümumiyyətlə, əvvəllər Beriya mənə heç vaxt onu almağa dair göstəriş verməmişdi. Beriya sifilis xəstəliyinə tutulduqdan sonra “rezin qoruyucular”dan istifadə etməyə başladı. Bunu Kreml xəstəxanasındakı həkim ona tövsiyə etmişdi. Sifilis xəstəliyinə tutulanda Beriya məhz orada müalicə olunurdu. Bu hadisədən onun həyat yoldaşı da xəbərdar idi. Süni kişi cinsi orqanları Beriyaya xaricdən gətirilirdi. Onun hansı məqsədlə istifadəsini isə hamınız yaxşı bilirsiniz. Əgər bu haqda məlumatlı deyilsinizsə, özündən soruşarsınız. Beriya bu sahədə təcrübəli bir şəxs kimi sizə dəyərli bilgilər verə bilər... ”
Mühafizəçiyə uşaq geyimləri ilə bağlı verilən suala isə erməni polkovnik belə cavab verib:
“Yəqin ki, bu sualın cavabını məhkəməyə üz tutan zərərçəkmiş azyaşlı qızların valideynləri cavab verəcək. Beriya indi azadlıqda deyil ki, ondan qorxub çəkinsinlər...”
Axtarış zamanı Beriyanın kabinetindən xeyli sayda məktublar da aşkar olunub. Bu məktublar sevgi və ehtiras dolu sətirlərlə qadınlar tərəfindən Beriyaya ünvanlanıb. Sözsüz ki, Beriya onlardan kimlərəsə öz “səxavət”i ilə cavab verib, kimlərsə marşala olan sevdasına çatmayıb.
Ən baçlıcası isə haqq və ədaləti qoruyan qurumun başında dayanan Lavrenti Beriya ömrünün son günlərində, heç olmasa bir dəfə də olsun ədalətli olmağı bacarıb, o, məhkəmədə qadınlara qarşı etdiyi cinsi zorakılıqları etiraf edib.
Qeyd edək ki, Lavrenti Beriyanın həbs edilməsi və güllələnməsi SSRİ tarixinə xüsusi bir hadisə kimi düşüb. Digər məmurların həbsindən, sürgünə göndərilməsindən, güllələnməsindən fərqli olaraq “dəmir narkom”un məhv edilməsini Moskva sakinləri qurtuluş kimi qəbul ediblər.
Siyasilərdən fərqli olaraq, sıravilər üçün Beriyanın həbsi siyasi xarakter daşımayıb, onlar sadəcə özlərini və doğmalarını əxlaqsız və manyak kimi tanınan nazirdən xilas olmuş hesab ediblər. Çünki Beriya haqqında danışılanlar, gəzən söz-söhbətlər hər bir ailəni narahat edib və onlar hər dəqiqə bu təhlükəli insandan “sürpriz”lər gözləyiblər.
32gun.az