Xarkovda gülləbaran altında öz həyatlarını təhlükəyə atan həkimlər – VİDEO 29-04-2022, 08:17 Ukraynanın Xarkov şəhəri Rusiya ordusu tərəfindən intensiv atəşə məruz qoyulan şəhərlərdən biridir.Xarkov şəhərinin doqquz rayonu müharibə nəticəsində ciddi zərər çəkib.Son məlumata görə, 596 nəfər şəhər sakini müharibənin qurbanı olub, onlardan 26-sı uşaqlardır.Bütün təhlükələrə rəğmən təcili tibbi yardım briqadasının həkimləri sutkada 24 saat öz peşə borclarını yerinə yetirməkdə davam edir. Facebook-da paylaş