“Bunu ancaq Türkiyə edə bilər, çünki ruslar...” - GENERALDAN ŞOK İDDİA

5-05-2022, 16:50           
“Bunu ancaq Türkiyə edə bilər, çünki ruslar...” -
Türkiyə Mariupoldakı “Azovstal” zavodundan ukraynalıları - mülki şəxsləri və hərbçiləri çıxarmağa cəsarət edə bilər.

Bunu polşalı hərbi ekspert, Polşa müdafiə nazirinin keçmiş müavini general Valdemar Şkşipçak deyib.

“Bunu ancaq Türkiyə və türk gəmiləri edə bilər, ruslar onlara hücum etməyəcəklər. Hələlik bu ölkə belə bir addım atmağa cəsarət etməyib, amma bunu etmək cəsarəti var”, - geneal bildirib.

Onun sözlərinə görə, Mariupoldan evakuasiya dəhlizində nə baş verdiyi tam bəlli deyil, çünki bütün avtobuslar şəhəri təhlükəsiz tərk etmir, bəziləri yolda yoxa çıxırlar.

Şkşiçak vurğulayıb ki, rus təcavüzkarları qadın və uşaqları əsir götürərək Rusiyaya, o cümlədən Uzaq Şərqə aparır./teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru