“Hazırda Rusiya qapalı səfərbərlik həyata keçirir” – Ukrayna kəşfiyyatı

14-05-2022, 09:08           
“Hazırda Rusiya qapalı səfərbərlik həyata keçirir” –
Rusiya Federasiyasında çağırış üzrə qanunvericilik dəyişdirilir.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov xəbər verib ki, Rusiyada çağırış haqqında qanunvericiliyə dəyişikliyə baxılır.

Bu barədə o, Ümumukrayna informasiya telemarafonunun efirindən bildirib.

«Hazırda Rusiya Federasiyasında çağırış üzrə qanunvericiliyə dəyişikliyə baxılır. Birincisi, çağırışın nəinki ildə 2 dəfə mümkünlüyünə aid dəyişikliyə yox, lazım olan istənilən anda aparılmasına, ikinisi, hərbi xidmət keçməkdən yayınmaq məsuliyyətinin yüksəldilməsinə baxılır… İnsanlar kütləvi halda Ukraynadakı müharibəyə düşmək istəmirlər» - Budanov deyib.

O, həm də qeyd edib ki, hazırda Rusiya qapalı səfərbərlik həyata keçirir və bu, iki yolla aparılır. «Birincisi - faktiki səfərbərlik, ikincisi isə ehtiyatda olanların istifadəsi. Onlarda bu «bars» adlanır, başqa sözlə «ölkənin döyüş ordu ehtiyatı» - bu, mahiyyət etibarilə ehtiyatda olanlardır və qısa müddətə kontraktla döyüş əməliyyatlarına cəlb olunur. Bu faktlar mütləq halda təsdiqlənib, bizdə məlumat var, amma əsirlər də var ki, bu sistemlə cəlb olunur» - Budanov deyib.

MN BKİ rəisi həm də qeyd edib ki, hazırda Rusiyada döyüş texnikasının əhəmiyyətli çatışmazlığı yaşanır və onlar texnikanı bazadan «konservasiyadan» çıxardırlar.

Bu texnika orada 60-cı, 70-ci, 80-ci illərdən saxlanır, o, yalnız şərti olaraq «döyüş texnikası» adlanır» - Budanov deyib.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.