Müharibədən sonrakı dəhşətlər - Özünəqəsdə gedən yol... - VİDEO

14-07-2022, 09:05           
Müharibədən sonrakı dəhşətlər -
Müharibələr gec-tez bitsə də, onların fəsadları illər, hətta bəzən əsrlərlə davam edir.
Dağılmış, viran olmuş şəhərlər, həyatını itirən on minlərlə hərbi və mülki şəxslər...
Müharibələrdən geriyə həm də minlərlə yaralı əsgər, əlil, psixoloji travmalı gənclər qalır.
Azərbaycanın da həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində kifayət qədər itkiləri olub. Minlərlə Vətən övladı bu müharibələrdə şəhid olub. Müharibədən qayıdan, lakin fiziki və psixoloji yaralar alan gənclər həyatna yenidən başlamaq üçün çox əziyyətlərdən keçirlər. Bir çoxları artıq ölümdən qorxmur və daha da mətinləşir, bir çoxları dözmür, bir çoxları da sanki sağ qaldığına peşman olur. Bu istənilən dövrdə və istənilən ölkədə belə olub. Bu mövzuda çoxlu əsərlər yazılıb, sənədli və bədii filmlər çəkilib. ABŞ və Vyetanam arasında davam edən çoxillik müharibədən də minlərlə amerikalı gənc əlil, şikəst qayıtdı. Onların sonrakı həyatı, cəmiyyətə adaptasiyası asan olmadı.

Bir çoxları bu yolda ruhdan düşdülər, intihara əl atdılar.
1973-1975-ci illərdə davam edən həlledici müharibədə onurğa sütunundan yaralanıb iflic olan əsgər Ron Kovikin həyatından bəhs edən "4 iyulda doğulmuş" filmində müharibə dəhşətlərindən çıxmış, dostlarını itirmiş, qadın və uşaqların olduğu kəndə hücum edərək, onların ölümünü görən bir insanın həyat mübarizəsi əks olunub. 1989-cu ildə ekranlara çıxan "4 iyulda doğulmuş" filmi hərbi-bioqrafik dramdır. Bu film Vyetnam müharibəsini bütün çılpaqlığı ilə göstərən seçilən filmlərdən oldu. Ron Kovik obrazını əfsanəvi Tom Kruz canlandırıb. Film real hadisələr əsasında çəkilib. Rom Vyetnam müharibəsinə məktəbi bitirən kimi dostları ilə birlikdə könüllü qatılıb. Cəhənnəm əzabındam keçən gənc evə əlil arabasında qayıdır. Filmdə müharibədə travma almış əsgərlərin fiziki, psixoloji reabilitasiyasının çətinlikləri də göstərilib. Xüsusən hospitalda olan səhnələr olduqca ağrılıdır.
Sonunda özünə qalib gələn cəsur Rom qalan həyatını bəşəriyyətin qorxulu düşməni olan müharibə ilə mübarizəyə həsr edərək, Amerikada yeni bir hərəkatın aktiv iştirakçısı olur. Bu filmə müharibədən çıxmış hər kəs, xüsusən qazilərimiz baxmalıdır. Mən nəyə sağ qaldım, nəyə görə yaşamalıyam suallarının cavabı bəlkə də bu filmdədir.
Filmi bu (https://jfe3.jetfilm.club/films/voennyy/rozhdennyy-chetvertogo-iyulya-1989-smotret-onlayn-7685) linkdən izləyə bilərsiniz.
Aygün Musayeva
BakuPost












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.