Dərmanlar yenə bahalaşır? - “Bir ay əvvəl qiymət artıb, indi də...”

26-07-2022, 17:04           
Dərmanlar yenə bahalaşır? -
Tarif Şurasının iclası keçirilib və dərman qiymətlərilə bağlı qərar verib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib. Rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar. Qeyd edək ki, son illər dərmanların qiymətləri bir neçə dəfə bahalaşıb. Hətta vətəndaşlar maddi vəziyyəti ilə əlaqədar həkimin onlara mələhət gördüyü dərmanları almaqda çətinlik çəkirlər. Bəzi insanlar dərmanların bahalığı ilə əlaqədar tam müalicə kursunu belə, ala bilmir.

Tarif Şurasının hazırkı qərarının dərmanların qiymətinə necə təsir etməsinə gəldikdə, “Nizami” metrostansiyası yaxınlığında yerləşən bir neçə aptekdə keçirdiyimiz sorğu zamanı əczaçılar bildirdi ki, son qiymət artımı 1 ay öncə olub:

“Bu gün hələ dərman qiymətlərində bahalaşma olmayıb. Ancaq 1 ay öncə qiymətlər artırılmışdı. Yəqin ki, Tarif Şurasının hazırkı qərarından sonra yenidən bahalaşma ola bilər. Onsuz da baha qiymətə olduğundan alıcılar dərmanları reseptdə yazılan kimi tam kurs ala bimirlər. Yəni əksər alıcılar dərmanları hissə-hissə alırlar. Hətta dərmanı ədədlə alan alıcılar da var”.

Vətəndaşlar onsuz da dərmanların baha olmasından şikayətçidir. Yəni yenidən dərmanların qiyməti artırılarsa, bu, alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olacaq. Yeri gəlmişkən, heç bir xarici ölkədə dərmanların ədədlə verilmədiyi deyilir ki, Azərbaycanda bu üsulun tətbiqi vətəndaşların həyat səviyyəsindən xəbər verir.

http://www.tariff.gov.az/?fbclid=IwAR3Y1nKRsuzqTZdmuX_phepyk13BQgNscgetk3rkY-L0KyVmBMyk1Wya5X0

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.