Rusiya ordusu ZAES ətrafında təhlükəli hərəkətlər edir - Kəşfiyyat

25-08-2022, 12:29           
Rusiya ordusu ZAES ətrafında təhlükəli hərəkətlər edir - Kəşfiyyat
Rus işğalçıları Enerqodardakı Zaporojye atom elektrik stansiyasının (ZAES) beşinci reaktorundan 60 metr aralıda öz hərbi qüvvələrini yerləşdiriblər. Bu cür hərəkətlər çox təhlükə yaradar və reaktorun soyutma sistemlərinin pozulmasına və s. səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.

Avqustun 21-də peykdən çəkilmiş görüntülər göstərir ki, ruslar ZAES-də ağır hərbi texnikaların daşınmasını davam etdirir. İşğalçılar zirehli transportyorlarını beşinci reaktordan 60 metr aralıda yerləşdiriblər.

Eyni zamanda rus qoşunu həmin texnikanı stansiya ərazisində boruların və körpülərin altına yerləşdirərək gizlətməyə çalışırlar.

"Rusiya yəqin ki, Ukraynanın ZAES yaxınlığındakı istənilən hərbi fəaliyyətindən təbliğat məqsədləri üçün istifadə etməyə hazırdır", - deyə Britaniya kəşfiyyatı qeyd edir.

İşğalçıların bu cür hərəkətləri reaktorların işləməsi, onların soyutma sistemlərinin sıradan çıxması, həmçinin ehtiyat enerji mənbəyinin zədələnməsi üçün risklər yaradır. Bundan əlavə, Britaniya kəşfiyyatı işğalçıların təzyiqi altında işləyən ZAES əməkdaşlarının səhv etmə etimalının yüksək ola biləcəyini istisna etmir.

Ukrayna mətbuatının daha əvvəl xəbər verdiyi kimi, avqust ayında rus işğalçıları işğal etdikləri Zaporojye atom elektrik stansiyasını bir neçə dəfə atəşə tutublar. Onlar həmçinin AES-də hərbi anbar düzəldirdilər və nüvə bölmələri arasında ağır artilleriya gizlədirdilər.

Kiyev MAQATE mütəxəssislərinin və BMT nümayəndələrinin Ukrayna ərazisindən keçməklə AES-ə gəlməsini təklif edib.

Avqustun 23-də prezident Vladimir Zelenski bildirib ki, Zaporojjya AES-də heç bir təhlükəli emissiya yoxdur, lakin 100 faiz təhlükə qalmaqdadır.

Qadir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.