Günəş sistemindən kənarda nadir tapıntı – ELMDƏ YENİ MƏRHƏLƏ

26-08-2022, 09:27           
Günəş sistemindən kənarda nadir tapıntı –
ABŞ Aerokosmik Agentliyi NASA-nın “James Webb” teleskopu Günəş sistemindən kənardakı ekzoplanetdə karbon qazı (CO2) aşkarlayıb.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, atmosferində qaz olan bu ekzoplanetdə temperatur yüksək olduğu üçün həyat mümkün deyil. Lakin tapıntı astronomlarda şərait baxımından Yerə bənzəyən planetlərin aşkarlanması ümidini artırır.

Sözügedən ekzoplanet 2011-ci ildə aşkar edilib və şərti adı “WASP-39 b”dir. Bu səma cismi Yerdən 700 işıq ili məsafədə yerləşir və vaxtaşırı olaraq öz günəşinin qarşısından keçir. Müşahidələr də məhz bu zaman aparılır.

“Hubble” və “Spitzer” kosmik teleskopları ekzoplanetin atmosferində su buxarı, natrium və kalium aşkar etmişdi. Lakin “James Webb”in həssaslığı daha yüksək olduğundan karbon qazını aşkar etməyə müvəffəq olub.

Cons Hopkins Universitetinin əməkdaşı Zəfər Rüstəmqulov bildirib ki, sonuncu tapıntı astronomiyada yeni bir mərhələyə keçildiyini xəbər verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru