Ermənistan sərhədini keçən türk yoxa çıxdı - TƏFƏRRÜAT
26-08-2022, 16:48
![Ermənistan sərhədini keçən türk yoxa çıxdı - TƏFƏRRÜAT](/uploads/posts/2022-08/1661518017_1.jpg)
Ermənistan sərhədini səhvən keçən Türkiyə vətəndaşı müəmmalı şəkildə yoxa çıxıb. TEREF AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
"Hraparak" nəşri yazır ki, ötən gün Sərdarabad rayonunun Canfida kəndində sərhəd pozucusu saxlanılıb.
"Mənbəmiz bizə bildirdi ki, dünən bütün gecə Türkiyə sərhəddini keçən vətəndaşla bağlı gərginlik olub. Məsələ burasındadır ki, Canfida kəndi sərhədyanı ərzilərdən biri sayılır, onun yaxınlığından Araz çayı axır. İlin bu vaxtında çayı hətta yeriyərək də keçmək olur. Bu mənada tikanlı məftilləri dəf edib kəndə girmək çətin deyil. Çox güman ki, Rusiya sərhədçiləri Nikol Paşinyanın elan etdiyi “sülh erası”na ciddi yanaşıb və sərhəd nəzarətini daha da zəiflədiblər. Bizə əvvəllər də çay boyu sərhəddən azıb keçmə hallarının olduğu bildirilsə də, son illər yalnız 5 belə hal qeydə alınıb.
Bu dəfə sərhədi keçən şəxs isə orta yaşlı bir kişi olub. O, kənd camaatı tərəfindən yaxalananda “mən türk deyiləm, kürdəm” deyib. Kənd rəhbərliyi Milli Təhlükəsizlik Xidməti (MTX)ilə əlaqə saxlayıb, türk MTX- yə təhvil verilib", - nəşr yazıb.
Maraqlıdır ki, müəllif Türkiyə vətəndaşının ölkədə ümumiyyətlə yoxa çıxdığını qeyd edib.
"Canfida kəndinin rəhbərliyi ilə əlaqə saxlasaq da, buradan bizə heç bir cavab verilmədi. Kənddən öyrəndik ki, MTX-dən onlara insidentlə bağlı heç nə danışmamaq barədə göstəriş verilib. MTX isə sərhəd pozucusu olayını nə təkzib, nə də təsdiqlədi. Onlar məsələni aydınlaşdıracaqlarına söz verdilər. Sonradan yenə zəng vurduq və bir daha bizimlə əlaqə saxlamadılar",- müəllif yazıb.