Mark Zukerberq insan olduğunu sübut etdi: su içdi - VİDEO

27-08-2022, 12:23           
Mark Zukerberq insan olduğunu sübut etdi: su içdi - VİDEO
“Meta” şirkətinin rəhbəri Mark Zukerberq qeyri-insani mənşəyi ilə bağlı memlərdən xəbərdar olduğunu bildirib.

Zukerberq robot olmadığını sübut etmək üçün bir stəkan su içib. İş adamı bunu bloqqer və idman aparıcısı Co Roqanın “The Joe Rogan Experience” adlı podkastının efirində edib.

“Sənin su içməyindən xoşum gəlmir. Məsələn, sən ABŞ Senatındakı dinləmələrdə su içəndə bu, robotun içməsinə bənzəyirdi”, - deyə Roqan zarafat edib. Sonra isə Zukerberqdən onun qarşısında bir qurtum su içməsini istəyib.

Zukerberq gülümsəyib və canlı kameralar qarşısında su içib. O, belə rəsmi tədbirlərdə bəzən özünü rahat hiss etməyin çətin olduğunu izah edib.

“Senatda ifadə vermək insanlığınızı nümayiş etdirmək üçün uyğun zaman deyil. Orada altı və ya yeddi saat qaldıqda, mütləq memə çevriləcək bir sima alacaqsan”, - deyə “Meta” rəhrəri qeyd edib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru