Yerə böyük təhlükə: Hər biri Yer boyda...

28-08-2022, 17:58           
Yerə böyük təhlükə:
Günəşdə sürətlə böyüyən ləkə aşkar edilib ki, bu ləkə birbaşa Yerə yönəlib. O,yaxın günlərdə çox böyük enerji buraxacaq.

Teref.az xəbər verir ki, bu barədə “Live Science” məlumat yayıb.

Qeyd olunur ki, Günəşin "aktiv bölgəsi"nin adını daşıyan AR3085 ləkəsi yarandığı gündən 10 dəfə böyüyərək, hər biri az qala Yer ölçüsündə olan bir cüt ləkəyə çevrilib.

Ləkələr böyüməyə davam edərsə, enerji alovları peyklər və rabitə sistemləri üçün risk yarada bilər.

“SpaceWeather”-in məlumatına görə, hazırda hadisə yerində olan bir neçə dövlətin peyki tərəfindən izlənilən səviyyələrin ən zəifi olan C sinifidir. Eyni zamanda, X sinifli məşəllər radiorabitələrdə geniş miqyaslı fasilələr yarada və peyklərə ziyan vurmağa qadirdir. /Cebhe.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru