O dünyadan qayıdanlar! “Azov” komandirləri Türkiyədə ailələri ilə görüşdülər – FOTOLAR/VİDEO

5-10-2022, 00:12           
O dünyadan qayıdanlar! “Azov” komandirləri Türkiyədə ailələri ilə görüşdülər
Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya Türkiyəyə səfəri çərçivəsində “Azov” polkunun Rusiya əsirliyindən azad olunan komandirləri ilə görüşüb.

Bu barədə məlumatı Zelenskaya öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, səfər çərçivəsində Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak sözügedən komandirlərlə ailələrinin görüşünü təşkil edib.

Görüşdə Yelena Zelenskaya da iştirak edib və ölkə Prezidenti Volodimir Zelenskinin salamlarını “Azov” döyüşçülərinə çatdırıb.

Xatırladaq ki, sentyabrın 21-i Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib. Bu zaman Ukrayna 200 ukraynalı döyüşçünü, elə də Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən 10 əcnəbini əsirlikdən geri qaytarıb. “Azov” polkunun əsirlikdən azad edilən 5 komandiri müharibə bitənə qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsi altında saxlanılacaq.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru