Partlayış Putinə necə zərbə vurdu? - Britaniya

9-10-2022, 11:58           
Partlayış Putinə necə zərbə vurdu? - Britaniya
Oktyabrın 8-də Krım körpüsündən baş vermiş partlayış Rusiyanın Ukraynanın cənubunda öz qüvvələrini saxlamaq qabiliyyətinə birmənalı təsir göstərəcək.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında qeyd olunub.

“Bu hadisə çox güman ki, Putinə ağır zərbə vuracaq. Partlayış onun 70 illik yubileyindən bir neçə saat sonra baş verdi. Halbuki o, körpünü şəxsən maliyyələşdirib və açmışdı. Tikinti podratçısı isə uşaqlıq dostu Arkadi Rotenberq idi”, - hesabatda qeyd olunub.

Heaabatda bildirilib ki, Krım körpüsü üzərindən dəmir yolu keçidinin yalnız 2020-ci ilin iyununda yük daşımaları üçün açılmasına baxmayaraq, o, Rusiyanın Ukraynaya hücumu zamanı ağır hərbi texnikanın cənub cəbhəsinə daşınmasında əsas rol oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru