Nəcməddin Sadıkov kimin əmisi oğludur? - ŞOK İDDİA
20-05-2016, 22:59
“Hürriyyət”in ötən saylarının birində “Rusiyada Nəcməddin Sadıqovun adına küçə” sərlövhəli yazı dərc etmişdik. Xəbər saytlarından birinə istinadən qeyd etmişdik ki, Azərbaycan Silahlı Qüvvələrin baş qərargah rəisi, milliyyətcə ləzgi olan Nəcməddin Sadıkovla bağlı dəfələrlə mətbuatda hamını şoka sala biləcək dəlillər təqdim edilsə də, ölkə rəhbərliyi bu mövzunun üzərindən sükutla keçir. Baxmayaraq ki, bu şəxsin adı dəfələrlə separatçılarla birgə fəaliyyətdə və ya Rusiya kəşfiyyatının adamı olmaqda, hətta zaman-zaman Azərbaycan milli maraqlarına zidd qərarların verilməsində hallanıb, ancaq bu günə kimi ona «gözün üstə qaşın var» deyən yoxdur. Əksində, general-polkovnik Nəcməddin Sadıkov öz fəaliyyəti ilə cəmiyyəti təəccübləndirməkdə davam edir.
Məsələn, Nəcməddin Sadıkova gah Rusiya Müdafiə Nazirliyinin Əks Kəşfiyyat İdarəsinin nəzarətindəki fondun dəstəyi ilə Dağıstanın milli qəhrəmanı adı verilir, gah adına məktəb qoyulur, gah büstü ucaldılır, gah adına təqaüd təsis edilir, gah da Dərbənd küçələrinin birinə baş qərargah rəisinin adı verilir. Hansı ki, bir neçə gün öncə sonuncu məsələ ilə bağlı faktları oxucularımızla bölüşmüşdük.
Təbii ki, bütün bunlar yeni faktlar deyil. “Hürriyyət” olaraq bu və digər faktlar barədə hələ illər öncədən oxucularımıza məlumat vermişdik. Xüsusən də Nəcməddin Sadıkovun adına Dağıstanda küçə verilməsi faktı ilə bağlı “Hürriyyət”in 11-13 oktyabr tarixli sayında geniş yazı dərc olunub. Həmin yazıda deyilənləri təsdiq edən fotoları və digər faktları da oxucularımıza təqdim etmişdik.
Mövzunun aktuallığını nəzər alıb sözügedən yazının müəyyən hissəsini bir daha “Hürriyyət”in oxucularına çatdırırıq:
“...Sözsüz ki, bütün bunlar Sadıkovun “qara qaşına, qara gözünə” görə verilmir. Əslində bu Azərbaycanın dövlətçiliyi adına normal hadisə sayıla bilməz, milli hissiyatımıza həqarətlə bərabər, həm də təhlükəsizliyimizi təhdid edən bir olaydır. Lakin təəssüf ki, bu hadisələr görməzdən gəlinir və nəticədə status-kvo davam etməkdədir. Belə ki, Nəcməddin Sadıkov Rusiya kəşfiyyatının “milli qəhrəman”ı olaraq qalır, Azərbaycanın Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini icra edir və üstəlik, adının ətrafında yeni olaylar çıxarmağa davam edir” - əməkdaşımızla söhbətində adının çəkilməsini istəməyən tanınmış hərbi ekspert bildirir. İndi isə sizə əlmizdəki faktları təqdim edək. Buyurun baxın - Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun adına verilmiş Dərbəndin mərkəzi küçələrindən birinin şəkilləri (Bax, foto 1 və 2). Başqa bir web-fotoda isə Nəcməddin Sadıkovun adına olan küçənin indeksindən tutmuş yerinə qədər bütün məlumatlar var. Maraqlananlar google-yə girib rus dilində (ul. Qenerala Sadıkova) yazıb bütün məlumatları əldə edə bilərlər. Məlumatlara görə N.Sadıkovun adına küçə verilməsi böyük törənlə qeyd olunub və hətta baş qərargah rəisi şəxsən həmin tədbirdə iştirak edib...”
Əlbəttə, bir daha vurgulamaq yerinə duşər ki, Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Dağıstanın “Milli Qəhrəman”ı elan olunması, Dərbənddəki oxuduğu orta məktəbin qarşısında büstünün qoyulması, daha sonra şəhərin ən böyük küçələrindən birinə onun adının verilməsi səbəbsiz deyil. Bizi maraqlandıran odur ki, bütün bu addımlar atılarkən hansı səbəb və kirteriyalar əsas götürülüb? Çünki Nəcməddin Sadıkovun hərbçi olaraq Dağıstanla bağlı xidməti və fəaliyyəti olmayıb. Demək ki, bunların səbəblərini başqa xüsuslarda axtarmaq lazımdır. Bəs hansı xüsusda? Axı necə olur ki, bundan az müddət öncə Dağıstanda Heydər Əliyevin adını daşıyan küçənin ləğv edilməsi üçün aksiya kecirilir, amma Nəcməddin Sadıqovun adı günü-gündən əbədiləşdirilir? Əgər bu hərbi əməkdaşlıqla bağlıdırsa, onda niyə Ali Baş Komandanın adına Dağıstanda nəinki kücə, büst, məktəb, təqaüd - heç adi baralef yoxdur, amma baş qərargah rəisinin adına hər şey var?
Bütün bunların arasında ən maraqlı sual isə Nəcməddin Sadıkova Azərbaycan hakimiyyəti tərəfindən niyə “güldən ağır söz deyilməməsidir”. Yəqin ki, bu mübhəm suallara cavab tapmağı oxucuların ixtiyarına buraxmaq daha doğru olar...
Hurriyyet.org