Aİ-nin dondurduğu Rusiya aktivlərinin həcmi açıqlandı

19-11-2022, 10:35           
Aİ-nin dondurduğu Rusiya aktivlərinin həcmi açıqlandı
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin doqquzuncu ayında Avropa İttifaqı (Aİ) Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub.

Aktivlərin əksəriyyəti Belçikada yerləşir. İlkin hesablamalara görə, burada təxminən 50 milyard avro dondurulub.

İkinci yerdə 5,5 milyard avro ilə Lüksemburqdur. İtaliya, Almaniya, İrlandiya, Avstriya və Fransa (həmçinin Belçika - red.) ilə birlikdə dondurulmuş aktivlərin 90%-dən çoxu bu dövlətlərin payına düşür.

Həmçinin, Avropa İttifaqı Rusiyanın 33,8 milyard avroya qədər milli ehtiyatlarını dondura bilər. Qeyd edilir ki, hazırda bu rəqəm qiymətləndirmə mərhələsindədir.

Mənbə: Politico












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru