Rekord gümüş qıtlığı proqnozlaşdırılır

19-11-2022, 11:23           
Rekord gümüş qıtlığı proqnozlaşdırılır
“Silver Institute” (Gümüş İnstitutu) onilliklər ərzində rekord gümüş qıtlığını proqnozlaşdırır.

Bu il gümüşə qlobal tələbatın 16 faiz artaraq 1,21 milyard unsiyaya çatacağı deyilir.

Nəticədə, bu metalın çatışmazlığı onilliklərin rekordunu yeniləyəcək.

Avtomobil istehsalçıları tərəfindən gümüş istehlakı artıb, baxmayaraq ki, sektor ümumi gümüş tələbatının yalnız beş faizini təşkil edir. Günəş panellərinin istehsalı ümumi tələbatın təxminən 10 faizini təşkil edir. Birjada fondlarında (ETF) gümüş ehtiyatları azalıb.

Analitiklər gümüş bazarında keçən il 48 milyon unsiya olan kəsirin bu il 194 milyon unsiya olacağını proqnozlaşdırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.