Norveçdə mağazalardan ərzaq oğurluğu halları artıb - FOTO

20-11-2022, 10:50           
Norveçdə mağazalardan ərzaq oğurluğu halları artıb - FOTO
Norveçdə mağazalardan ərzaq oğurluğu hallarının sayı artır.

Bu, inflyasiya və ərzaq məhsullarının bahalaşması ilə əlaqələndirilir.

Qeyd olunur ki, narahatedici tendensiya Skandinaviyada unikal deyil və qonşu İsveçdə də müşahidə olunur.

Evnakerdəki “Rema 1000” mağazasının satınalma meneceri Didrik Korenin sözlərinə görə, yaşlılar və uşaqlı ailələr arasında oğurluq halları artıb. O bildirib ki ki, gənclər əvvəllər şirniyyat, qazlı və enerji içkiləri oğurlayırdılarsa, indi qida və istehlak mallarını oğurlayırlar.

“İnsanların sadəcə pulu yoxdur”, - deyə Koren vurğulayıb.

Norveç polisindən verilən məlumata görə, ölkənin bəzi bölgələrində xırda oğurluq halları 14% artsa da, bəzilərində azalma tendensiyası müşahidə olunur.

Mənbə: ryb.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru