Neft embarqosu tanker çatışmazlığı yaradıb

21-11-2022, 12:24           
Neft embarqosu tanker çatışmazlığı yaradıb
Neft tankerlərinin sahibləri gündəlik qazanclarının rekord həddə - 100 min dollara yüksəlməsindən məmnundurlar.

Bir neçə gün öncə bir supertankerə düşən gündəlik mənfəət 99,628 dollara çatıb ki, bu da son dörd il ərzində orta yükdaşıma gəlirindən dörd dəfə çoxdur.

Brokerlər bu rəqəmin 150-200 min dollara qədər yüksələcəyini proqnozlaşdırırlar.

Ekspertlərin fikrincə, Avropanın Rusiya neftinin dəniz yolu ilə daşınmasına qoyduğu qadağa dekabrın 5-də tam qüvvəyə minəcək və bu, ticarət yolları boyunca yaranan çətinlikləri daha da dərinləşdirəcək.

Mənbə: vesti.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru