İrandakı etirazlar barədə şok faktlar – ARAŞDIRMA / VİDEO

3-12-2022, 08:15           
İrandakı etirazlar barədə şok faktlar – ARAŞDIRMA / VİDEO
Bir həftə bundan əvvəl İranlı hakerlərdən ibarət “Black Reward”, yəni “Qara mükafat” qrupu ölkənin ən aparıcı media qurumlarından biri sayılan və bilavasitə “Sepah”a bağlı olan “Fars” informasiya agentliyinin saytını sındırmağa nail olub.

Globalinfo.az xəbər verir ki, bu mövzuda “Azad İran” yutub kanalı süjet hazırlayıb.

Qrupun ələ keçirdiyi çoxsaylı sənədlər arasında agentliyin “Sepah”ın baş komandanı general Hüseyn Salami üçün hazırladığı məxfi bülleten də var. Noyabrın 30-da qrup özünün teleqram kanalında həmin bülleteni dərc edib.

Yerli və xarici kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olan 123 səhifəlik bülletendə İran hakimiyyətinin bir sıra daxili xəbərləri, onun ali rəhbərinin sərəncamları və cəmiyyətin ayrı-ayrı məsələlər ilə bağlı rəyini əks etdirən statistik məlumatlar yer alıb.

Sənədin xüsusi diqqət çəkməsinə səbəb olan başlıca məsələ isə orada İranda sentyabr ayından bəri davam edən xalq etirazları barədə şok sayıla biləcək faktların öz əksini tapmasıdır.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru