"Azərbaycanlı dindarların İran ayətullahlarını təqlid etməsi..." - İlahiyyatçıdan sərt MÖVQE

17-01-2023, 11:26           
"Azərbaycanlı dindarların İran ayətullahlarını təqlid etməsi..." - İlahiyyatçıdan sərt MÖVQE
“Bu gün hansısa din adamı insanları təhdid edirsə, bunun imanla heç bir əlaqəsi yoxdur”.

TEREF.AZ bildirir ki, bu sözləri azərbaycanlı dindarların İran ayətullahlarını təqlid etməsinə və bəzi dindarların aqressivliyinə toxunan ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əksər din adamlarının Allahı deyil, hansısa dini təriqəti təqlid etməsi müşahidə olunur. Bu, çox səhv yanaşmadır:

“İstənilən şəxs kimliyindən asılı olmayaraq, konkret olaraq İslam dininin yeganə mənbəyi olan “Qurani-Kərim”ə əsaslanmalıdır. Bu gün hansısa din adamı insanları təhdid edirsə, bunun imanla heç bir əlaqəsi yoxdur. Psixologiyada mismar effekti deyilən bir anlayış var. Bir mismarı eyni yerə dəfələrlə vuranda çıxarılması çox çətin olur. Allah bizdən inanmağımızı deyil, bilməyimizi istəyir. Çünki inanmaqdan öncə bilmək gəlir. İnsan bilmədiklərinin cahilidir, düşmənidir. Ona görə də insan bilmədən heç nəyi düzgün ifadə edə bilməz. İnsanların ən böyük problemi cəhalətdir. Allah insanın başqasının deyil, öz yerinə düşünməsini istəyir. “Qurani-Kərim”də deyilir ki, insan etdiyinin girovudur. İslam dini insanların ölməyini yox, yaşamağını istəyir. Əgər Azərbaycandakı dindarlar özlərinə “mərceyi təqlid” iranlı ali dini rəhbərləri qəbul edirlərsə, bu təhlükədir. Azərbaycanın əksər tanınmış dinşünasları dini rəhbər kimi Ayətullah Xameneyini təqlid edir. Ona görə də bu məsələlərə ciddi diqqət edilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.