Hacı Mazan məhkəmədə uduzdu – Qanunsuz əməlləri üzə çıxdı

17-01-2023, 17:04           
Hacı Mazan məhkəmədə uduzdu –
“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov məhkəmədə uduzub.
TEREF.AZ Bakupost.az-a istinadla bildirir ki, Nəsimi rayon məhkəməsi onun “lift əməliyyatının” qanunsuz olduğu barədə qərar qəbul edib.


Belə ki, məhkəmə Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanındakı binada R. Zeynalovun digər sahə mülkiyyətçilərinin ümumi əmlakı olan liftdən istifadəsinə yaratmış olduğu bütün qadağa və maneələrin qeyri-qanuni olduğu qənaətinə gəlib.
Qərarda tələb olunur ki, Hacı Mazanın liftə tətbiq etdiyi kilid sistemi dərhal ləğv edilməlidir.
Xatırladaq ki, çoxmərtəbəli yaşayış binasında Hacı Mazanın liftə kod qoyduraraq, yalnız ailə üzvlərinin istifadəsinə icazə verməsi sakinlərin ciddi narazılığına səbəb olmuşdu.
Bundan başqa, onun beş mənzilinin və mansardın işıq pulunu, kommunal xərclərini bina sakinlərinin hesabına ödətməsi, mənzillərinə qanunsuz işıq xətləri çəkdirməsi, eyni zamanda, mənzil satdığı şəxsin evinə hücum etməsi, onu döyməsi də böyük səs-küy yar

atmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru