Sorosun 32 milyard dollarlıq media toru - VİDEO

23-01-2023, 09:32           
Sorosun 32 milyard dollarlıq media toru - VİDEO
Siyasi infrastrukturları ilə bütün dünyada şəbəkə toru hörmüş, bunun üçün də 32 milyard dollar maliyyə xərcləmiş “Açıq Cəmiyyət” imperiyasının sahibi Jorc Soros və onun fəaliyyəti haqqında geniş məlumatlar artıq izləyicilərə məlumdur. Soros haqqında daha bir araşdırma ilə bu günlərdə ABŞ-da fəaliyyət göstərən Media Araşdırmalar Mərkəzi çıxış edib. Araşdırmada “Açıq Cəmiyyət” imperiyasının sahibi, milyarder Jorc Sorosun dünya üzrə 250-dən çox media təşkilatı ilə əlaqədə olması haqqında məlumatlar əksini tapıb. Bu isə o deməkdir ki, milyarder Jorc Soros təkcə siyasi proseslərə təsir etmək üçün qlobal siyasi infrastrukturlar qurmayıb, həm də beynəlxalq gündəm diqtə etmək, fikir formalaşmasında iştirak etmək üçün həm də qlobal və regional media şəbəkəsi, media sistemləri toru hörüb.

Bu xüsusda , ABŞ-dakı Media Araşdırmalar Mərkəzinin dərc etdiyi, Jorc Sorosun qlobal səviyyədə iri 253 media orqanının dünya hadisələrini onun istədiyi kimi işıqlandırması üçün ümumilikdə 131 milyon dollar xərclədiyini haqqında iddialar olan araşdırması diqqət çəkir. Araşdırmada 131 milyon dolların xərclənmə ünvanı, media işçiləri, reportyor və teleaparıcılardan tutmuş redaktorlar və media menecerlinə paylanılması, mexanizmləri, sxemləri və haqqında faktlar göstərilib. məlumm olub ki, soros bu məbləği öz qlobal media şəbəkəsi vasitəsi ilə iqtisadiyyat, radikal feminizm, ekoloji ekstremizm və LGBT təəssübkeşliyi ilə bağlı radikal gündəmi yaymaq üçün media təsisatlarına ödəyib, ABŞ-da və qlobal yayım media təsisatlarında işləyən nüfuzlu jurnalistlər, aparıcılar, köşə yazarları, redaktorlar, xəbər saytlarının rəhbərlərini uzun illər qlobal gündəm diqtə edə bilmək üçün səfərbər edib. ABŞ müstəqil media ruporları hesab olunan ABC, CBS, NPR, Bloomberg News, Reuters, The New York Times media nəhəngləri də bu siyahıda yer alır. Bloomberg News-un həmtəsisçisi Metyu Vinkler və CNN-nin nüfuzlu spikeri Kristian Amanpur , NBC Nightly News aparıcısı Lester Holt və Washington Post-un icraçı redaktoru Sally Busby da daxil olmaqla, Sorosun pulları ilə əlaqəli ən azı 54 müstəqil hesab olunan nüfuzlu media xadimlərinin adı da bu qalmaqalda hallanır. Azərbaycan siyasət izləyicilərinə yaxşı tanış olan Jurnalistlərin Müdafiə Komitəsi isə bir çox media təmsilçilərinə maliyyə çatdırılması sxemində Soros və ona bağlı qruplardan 2,7 milyon dollar ianə alaraq şəbəkədə vacib iştirakçı olub. beləliklə Soros media şəbəkəsinin əhatə dairəsi çox genişdir. radio, çap, televiziya, istintaq agentlikləri, bloqlar üzrəindən dünyada yüz milyonlarla insan illərlə bu şəbəkənin diqtə etdiyi mövzular üzərindən propoqanda və dezinformasiyalara məruz qalıb. Soros mediadan bir başqa təsir vasitəsi kimi də istifadə edir. Məsələn, bu təbliğat torunun fəalları istinad üçün bir mövqe ortaya atır, şəbəkənin diğər hissəsi isə bu hekayəni təkrarlayaraq “reallığa” çevirir və beləliklə psevdo reallıq formalaşdırılır. Heç nədən xəbəri olmayan kütlə isə bu psevdoreallıqda özlərindən xəbərsiz təbliğat alətinə çevrilirlər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.