Quranı yandıran siyasətçi ilk dəfə danışdı: "Qorxuram"

23-01-2023, 10:49           
Quranı yandıran siyasətçi ilk dəfə danışdı: "Qorxuram"
“Bunu siyasi səbəblərdən etdim. Bu qədər insanın məni öldürmək istədiyini görəndə kədərləndim”.

Bu sözləri Türkiyənin İsveçdəki səfirliyi yaxınlığında Qurani-Kərimi yandıran İsveç və Danimarka vətəndaşı Rasmus Paludan deyib.

“Müqəddəs mətni yandırdıqdan sonra dedim: yaxşı, belədir. Amma düşündüyüm kimi olmadı. Bu qədər insanın məni öldürmək istədiyini görəndə kədərləndim”, - siyasətçi qeyd edib.

Əvvəllər də oxşar hərəkətlər edən Paludan əlavə edib ki, keçmişlə müqayisədə indi daha çox təhdidlər var: “Hazırda yaşadıqlarım əvvəlkilərə bənzəmir. Daha ciddi təhlükələr gəlir. Sosial şəbəkələrdə dəqiqədə 20 mesaj alıram və onlardan 5-i təhdiddir. Bəli, qorxuram, çünki kiminsə məni öldürəcəyini deyiblər. Bu hərəkətlə İsveçin NATO-ya üzvlüyü arasında heç bir əlaqə yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru