Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?

24-01-2023, 00:09           
Vaqif Axundovun polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?
Rüşvət almaqda şübhəli bilinərək 2 il öncə həbs edilmiş general-polkovnik Vaqif Axundovun bacısı oğlu Vüsal Babayevlə bağlı hökmün detalları bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, V.Babayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il şərti cəza alaraq azadlıqda qalıb.

Hökm bir müddət əvvəl çıxarılsa da, məlumat ictimaiyyətdən gizli saxlanılıb.

Belə ki, V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunmuş, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı. Məhkəməsi dövründə o, ev dustaqlığında olmuşdu. Hökmdən sonra isə üzərindəki ev dustaqlığı da ləğv edilib və 8 il şərti cəza alıb.

Qeyd edək ki, V.Babayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi olub. O, sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Barəsində cinayət işi başlandıqdan sonra işdən azad edilib. Onun dayısı Vaqif Axundov isə general-polkovnikdir. O, 2003-2020-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru