ELÇİ BEYİ NİYE DEVİRDİLER?

3-06-2016, 20:32           
ELÇİ BEYİ NİYE DEVİRDİLER?
4 iyun 1993 tarixi ile bağlı xalqımız hele de gerçekleri bilmir.Çünki bu devrimi gerçekleşdiren gücler,sebebin sadece daxilde axtarılmasını isteyirler.Bu güne qeder de tebliğat bele aparılıb:1)Elçi Bey dövlet-siyaset adamı deyildi.
2)Hakimiyeti de Heyder Eliyeve yerlisi olduğu üçün verdi.
1.Elçi Bey nece siyaset adamı deyildi ki,Sovetlerin en güclü zamanında Azerbaycanın azadlığı uğrunda mübarizeye başladı;KQB-nin zindanında ve Sovet hebsxanasında yatdı,gizli teşkilat qurdu,mübarizesinden esla vaz keçmedi ve sonunda Azerbaycanın üç rengli Bayrağını yene öz elleriyle Azerbaycan semalarında dalğalandırdı?
Azerbaycan tarixinde ilk defe demokratik seçkiler yoluyla Cümhurbaşkanı oldu!
Azerbaycanı bir dövlet olaraq dünyaya qebul etdirdi ve yeni bir Edaletli sistem qurdu!
Azerbaycanda pul ve tehsil islahatı gerçekleşdirdi!
Azerbaycandan 75 minlik rus ordusunu çıxardı!
Azerbaycanı 1,5 milyonla teslim aldığı halda bir il içinde büdceye 160 milyon dollar ve 4 ton qızıl-gümüş yığdı!
Bu siyahı kifayet qeder uzundur...
İkinci ittihama cavab-Evvela heç bir ağıllı adam,psixologiyası normal olan adam bele düşüne bilmez ki,Elçi Bey prezident kürsüsünü sırf hemyerlisi olduğu üçün Heyder Eliyeve 'hediye' etdi.
Bele düşünen ve yazanlar ya xestedir,ya da sadece ucuz sifariş yerine yetirenlerdir!
Elçi Beyi niye devirdiler sualının gerçek cavabını bilmek üçün dünyada son 110 ilde geden gücler savaşını deqiq bilmek lazımdır.
1908-ci il İYUNUN 23-de Qacar dövletinde rus albay Liyaxovun rehberliyi ile Tehranda Milli Meclisin binası hansı sebeblerle topa tutuldu ve yerle yeksan edildise;
1923-cü ilde Amerika devlet başqanı Hardinq hansı sebeblerle öldürüldüse;
Venezuelada albay Qomez devrimle hansı sebeblerle başa getirildise;
Birinci dünya savaşından sonra Rumıniya hansı sebeblerden dolayı işğal edildise;
Osmanlı dövletinin serhedleri içindeki milyonlarla Türkün qanı hansı sebeblerden axıdıldısa;
.....Osmanlı dövleti hansı sebeblerden ötrü dağıdıldısa,
Azerbaycanda Elçi Bey iqtidarı da eyni sebeblerden yıxıldı!!!
Elçi Bey Azerbaycan neftinin üzerinde möhkem durduğu üçün,Azerbaycan servetlerini sömürtdürmeyeceyine dair qerarlı olduğu üçün Onu devirdiler!!!
Birce faktı yazacam:Ağlı ve vicdanı olan her kese bu fakt yeterli olacaqdır:
Elçi Bey Cümhurbaşqanı olanda hazırlanmış neft müqavilesi layihesinde:
-Azerbaycan neftin 30%-ine sahib idi;
-Azerbaycan adına söz sahibi ARDNŞ idi ve bütün diger şirketler ARDNŞ ile hesablaşmaq mecburiyetinde idi!!!
Heyder Eliyev iqtidara yiyelendirildikden sonra:
-Azerbaycanın neftdeki payı 10%-e endi;
-ABEŞ yaradıldı! ABEŞ-in ilk prezidenti BP-nin nümayendesi Terri Adams,birinci vitse-prezidenti ise AMOCO-nun nümayendesi Art Mak Xaffi teyin olunmuşdur!!!
-Beş ilden bir de ABEŞ-e BP ve AMOCO nümayendeleri sırayla prezident olacaqlar!!!
1936-cı ilde İngiltere Avam Kamarasında çıxış eden Çörçill deyirdi:
-Bir damla petrol,bir damla qandan daha qiymetlidir!!!
Aqil Səmədbəyliшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.