250 rus həkim İrəvanda konqres adı ilə səfərbərlikdən yayınıb xaricə qaçdı... - KİV

22-03-2023, 20:01           
250 rus həkim İrəvanda konqres adı ilə səfərbərlikdən yayınıb xaricə qaçdı... - KİV
2022-ci ilin sentyabrında, diktator Putinin əmri ilə səfərbərliyin başlamasından bir neçə gün sonra 250 həkim silahlı qüvvələrin tərkibində Ukraynada döyüşə göndərilməkdən qorxaraq çarter reysi ilə Rusiyanı dərhal tərk edib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə Praqada fəaliyyət göstərən rusdilli "Nastoyaşee vremya" (“İndiki zaman”) və “Azadlıq” radiosunun rus bürosunun araşdırma layihəsi olan “Sistema” özəl mənbələrinə istinadla yazır.

Jurnalistlərin sözlərinə görə, uçuşu “məşhur həkim” təşkil edib.

Təyyarədə uçan həkimlər bu fürsət üçün hər biri 40 min rubl ödəyib və "Forbes" siyahısında adı olan bir rusiyalı milyarder çarter reysini almaq üçün lazım olan pulun qalan hissəsini ödəyib. Uçuşun təşkilatçısı və iş adamının adlarını "Sistema"ya təyyarənin anonim sərnişinləri bildiriblər. Nəşr təhlükəsizlik baxımından onların adlarını açıqlamır.

Xaricə uçmağa bəhanə kimi uçuşun təşkilatçıları İrəvanda tibbi konqreslə bağlı uydurma ilə çıxış ediblər. Bütün sərnişinlərə mövcud olmayan konqresə çap olunmuş dəvətnamələr, həmçinin onun loqosu olan dəftər və qələmlər paylanıb.

"Sistema"nın yazdığına görə, uçuşdan bir gün əvvəl məlub olub ki, Rusiyadan gələn təyyarələrlə həddən artıq yüklənmiş İrəvan hava limanında artıq çarter reysləri qəbul edilmir. Buna görə təşkilatçılar Qazaxıstana uçmaq qərarına gələrək dəvətnamələri və atributları yenidən çap etməli olublar. Bu minvalla Putin rejiminin səfərbərliyindən qaçan həkimlərlə dolu təyyarə sentyabrın 27-də Astanaya uçub...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.