MAQATE baş direktoru Rusiya ordusunun işğal etdiyi əraziyə səfər edəcək
26-03-2023, 11:14
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi gələn həftə Rusiyanın işğalı altında olan Zaporojye AES-ə baş çəkəcək.
Ukrayna mətbuatı bu barədə MAQATE-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, R. Qrossi səfər zamanı obyektdə nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirəcək.
Səfəri barədə açıqlama verən MAQATE-nin baş direktoru söyləyib ki, onun əsas məqsədi Ukrayna ərazisində davam edən faciəvi müharibənin nüvə qəzası riskini artırdığına diqqət çəkməkdir. Əlavə edək ki, bu, Qrossinin Zaporojye AES-in ərazisinə ikinci səfəri olacaq.