Marsda həyat varmı?

5-04-2023, 11:04           
Marsda həyat varmı?
NASA-nın yeni kəşfi ümidləri artırır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi – NASA-nın “Perseverance” tədqiqat maşını Mars planetindəki Jezero kraterindən yeni qaya nümunələri toplayıb. “NTV.com.tr” xəbər verir ki, “Berea” adı verilən qaya nümunələrinin karbonatla zəngin olduğu müəyyənləşib. Tədqiqatçılar bunu Qırmızı Planetdə həyatın var olmasına dair ipucu hesab edirlər. Alimlər Marsdan götürülmüş nümunələrin dünyanın müxtəlif sınanmış elmi laboratoriyalarında tədqiq edərək planetdə qədim yaşayış izlərini tapmaq və Marsın səthini və daxilini təşkil edən suyun dövr etməsini daha dərindən anlamağa çalışırlar. Tədqiqatçıların rəyinə görə, “Berea” qayasından götürülmüş nümunələr qədim bir su axarı vasitəsilə gətirilmiş tortul təbəqəsindən ibarətdir. Bu isə həmin maddələrin Jezero krateri sərhədləri xaricində bir bölgədən gəlmiş ola biləcəyi anlamını verir və alimlər nümunələri bu baxımdan çox dəyərli hesab edir. Marsda nə vaxtsa həyat olduğunu isbatlaya biləcək ikinci dəlil isə qaya parçalarının karbonatla zəngin olmasıdır. Dünyadakı karbonat qayaları fosilləşmiş yaşam formalarının qorunmasında mühüm əhəmiyyət kəsb edir. Jezero kraterinin bu bölümündə bioimzalar mövcuddursa, deməli, bu qayalar Marsın sirlərini indiyədək çox gizli saxlaya biliblər. Jezero kraterinin maye ilə örtülü olması bilindiyi halda, Marsda iqlimin necəliyi isə hələ də naməlum qalır. Tədqiqatçılar ümid edir ki, “Berea” qayalığından götürülmüş nümunələr Marsdakı iqlimi də araşdırmağa kömək edəcək.
şerq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.