Adı işgəncədə keçən zabit danışdı - "Yuxarı komandanlqıdan gələn göstəriş idi"

6-04-2023, 13:08           
Adı işgəncədə keçən zabit danışdı -
Vəkil Bəhruz Bayramov “Tərtər İşi” çərçivəsində mühakimə olunan zabit Ziya Kazımovun ictimaiyyət üçün açıqlamasını Gununsesi.info-ya təqdim edib.

Qeyd edək ki, Ziya Kazımov bir qrup hərbçiyə işgəncə verməkdə ittiham olunur.

DİA.AZ onun açıqlamasını təqdim edir:

“O hərbçilərə qarşı heç bir işgəncə əməliyyatında iştirakım olmayıb. Mənə sadəcə göstəriş gəlmişdi ki, otaq hazırlayım. Yuxarı komandanlqıdan gələn göstəriş idi. Mən o otağı nə üçün istədiklərini bilmədim. Sonradan maskalı şəxslər gəlib, bir nəfəri orada döydülər. Bunu bilən kimi zəng edib aidiyyatı şəxslərə məlumat vermişəm. Hər hansı işgəncə əməliyyatında iştirakım olmayıb. O hərbçilərin mənim xidmət etdiyim sahəyə hər hansı aidiyyatları yoxdur”.

Xatırladaq ki, mayor Z.Kazımov 09 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

Ziya Kazımov Hadruta ilk daxil olan komandirlərdən biri olub. O, həmçinin, Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini mühafizəsini təmin edib.

Sonradan vəkilin vəsatəti əsasında onun barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru