Səfirliklərimizə HÜCUM HAZIRLIĞI – Erməni diasporu terrorçu xislətindən niyə əl çəkmir?

18-04-2023, 11:05           
Səfirliklərimizə HÜCUM HAZIRLIĞI –
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov bu həftə diplomatik nümayəndəliklərimizə qarşı zorakılıq aktlarının baş verə biləcəyini açıqlayıb.

“Yerli polisin verdiyi məlumata görə, gələn həftə Avropa və ABŞ-da erməni diaspor fəalları Azərbaycanın diplomatik nümayəndəlikləri və səfirliklərə qarşı zorakılıq aktları ilə yadda qalacaq. Biz onları izləyirik”, - deyə diplomat bildirib.

Qeyd edək ki, keçən ilin sonlarında Azərbaycanın bir sıra Avropa ölkələrindəki səfirliklərinə qarşı hücumlar baş vermişdi.

Keçən ilin sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinin qarşısında “aksiya” keçirən erməni təxribatçıları səfirliyin binasına qarşı vandal aktı törədərək, binaya zərər verməyə çalışıblar.

Ardınca oktyabrın 1-də radikal erməni qrupları Azərbaycan səfirliyinin inzibati binasına qırmızı rəngli boya atıb və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıblar.

Livandakı səfirliyimizə də iki dəfə sentyabrın 16-da və 18-də hücum cəhdi edilib. Oktyabrın 11-də isə radikallar Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilini atəşə tutub.

Ermənilər son günlər Azərbaycana qarşı təxribatlarını daha da artırıblar. Yola azaraq Ermənistan ərazisinə keçən Azərbaycan əsgərinə qarşı vəhşiliyə yol verməklə yanaşı ermənilər İrəvanda keçirilən idman yarışında bayrağımızı yandırmaqla vəhşi barbar düşüncəsindən hələ də xilas ola bilmədiklərini ortaya qoydular.

Görəsən, erməni diasporu terror əməllərindən niyə əl çəkmir?

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bunun səbəbini ermənilərin hər şeyi terrorla əldə etməyə çalışmaları ilə əlaqələndirib:

“Ermənilər hazırda həddən artıq çətin durumdadır. Ona görə də onlar tərəfindən Avropa ölkələrindəki Azərbaycan səfirliklərinə qarşı müxtəlif təxribatlara əl atacaqları gözləniləndir. Səfirliklərdə adətən dəqiq informasiyalar olur. İnformasiyalar dəqiqləşdirilmədiyi təqdirdə efirə verilmir. Azərbaycan buna hazır olmalıdır.

Ermənilər çoxdandır ki, Azərbaycandan hayıf almaq məsələsini gündəmə gətirir. Terror ermənilərin xislətindədir. Onların heç bir şansı qalmayıb, ona görə də Azərbaycanı qorxutmaq üçün indi də bu addıma gedirlər. Ermənistan onsuz da terrorist dövlətdir. Hər şeyi terrorla əldə etməyə çalışırlar. Bu günə qədər etdiklərini də terrorla ediblər”.
Bizim.Media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.