Misir fironlarının saxta saqqal taxmasının səbəbi nədir?

14-05-2023, 08:34           
Misir fironlarının saxta saqqal taxmasının səbəbi nədir?
Misir xalqı bığa-saqqala gigiyenik çatışmazlıq kimi baxsa da, fironlar ənənəvi olaraq keçi tükündən hazırlanmış yalançı saqqal taxırdılar. Bu saqqallar bir çox güclü keyfiyyətlərlə, eləcə də digər səbəblərlə əlaqələndirilirdi.

Teleqraf.com xəbər verir ki, Misir fironları həmişə dəbdəbəli geyimləri və qızıl bəzəkləri ilə özünü göstərməyi xoşlayıb.

Bütün bu nümayişkaranəliklə yanaşı, fironların ortaq bir cəhəti vardı - saxta saqqal.

Misir inancına görə, mərhumu axirətdə Osiris tanrı gözləyirdi. Osiris mərhuma iri və çıxmış saqqalı ilə görünürdü. Fironlar da bu ilahi xüsusiyyəti özlərində görmək və Allahın müqəddəs nişanəsini yaşatmaq üçün saxta saqqal qoymağa başladılar.

Əslində Misir xalqı saqqalı çox da sevmirdi, bir çox misirlinin üzü tamam saqqalsız idi. Camaat gigiyena baxımından qalın bığları, saqqalları və qaşları sevmir, bunu gigiyena qaydalarına riayət edilməməsi kimi qiymətləndirirdi.

Fironlar da bu fikirlə razılaşırdılar, əslində onların heç birinin əsl saqqalı yox idi. Buna baxmayaraq, fironlar status və müqəddəslik əlaməti olaraq saxta saqqal taxırdılar. Saxta saqqallar adətən keçi tükündən hazırlanırdı.

Saqqal qüdrət, kişilik və məhsuldarlıq kimi keyfiyyətlərlə əlaqələndirilirdi. Onlar hesab edirdilər ki, saqqallar yaşla əlaqədar olaraq ağıl və təcrübə təsiri bağışlayır.

Saxta saqqal ənənəsi cinslər arasında fərq qoymurdu. Misiri idarə edən fironların üstünlüyü kişi olsa da, qadın fironlar da hakimiyyətə gələrkən saxta saqqal ənənəsini davam etdirirdilər.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.