"Sayı çox, faydası yox..."

15-05-2023, 00:04           
"Sayı çox, faydası yox..."
"Rusiyanın Birləşmiş Qoşun Qruplaşması Ukraynada yarana biləcək operativ şəraitə uyğun cavab vermək üçün döyüş qabiliyyəti olan mobil ehtiyat yarada bilməyib..."

"Rusiya qüvvələrinin hərbi müdaxilə başlanandan indiyədək hava əməliyyatlarını aparmaq inkanları məhduddur..."

Rusiya ordusu təcrübəli hərbi mütəxəssislər baxımından qıtlıq keçirir və öz qoşunlarını Ukraynada səmərəli şəkildə əlaqələndirə bilmir.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin analitik hesabatında deyilir.

Britaniyalı kəşfiyyatçıları qeyd edib ki, Rusiyanın Birləşmiş Qoşun Qruplaşması formal olaraq 446 gün öncə hərbi müdaxilə başlananda olduğu kimi təşkil edilib.

"Birləşmiş Qoşun Qruplaşması, ehtimal ki, əvvəlkitək 200 mindən artıq şəxsi heyətdən, beş qoşun qruplaşmasına bölünmüş 70 alay və bruqadadan ibarətdir.

Lakin 2022-ci ilin fevralında Birləşmiş Qoşun Qruplaşması peşəkar əsgərlərdən ibarət olub, kifayət qədər müasir texnika ilə təchiz edilib və mürəkkəb əməliyyatları işləyib hazırlamaq üçün müntəzəm olaraq məşq edib", - Böyük Britaniya kəşfiyyatı qeyd edib.

Göstərilir ki, Rusiya qüvvələrinin həm o zaman, həm də indi hava əməliyyatlarının aparılmasında imkanları məhduddur.

Hazırda Birləşmiş Qoşun Qruplaşması, əsasən, ehtiyatdan səfərbər edilmiş və pis təlim keçmiş əsgərlərdən ibarətdir və getdikcə daha çox köhnəlmiş avadanlıqdan asılı olur.

Bu zaman onların bir çox bölmələri hiss ediləcək qədər yarımçıq komplektləşdirilib. Həm də hazırda rusiyalılar yalnız çox bəsit piyada əməliyyatları aparmağa qadirdir.

Britaniya kəşfiyyatı "son dərəcə mühüm amilə" diqqət çəkib. Belə ki, Birləşmiş Qoşun Qruplaşmasının Ukraynada yarana biləcək operativ şəraitə uyğun cavab vermək üçün böyük, döyüş qabiliyyətli mobil ehtiyat yarada biləcəyi az ehtimal olunur.

"Birləşmiş Qoşun Qruplaşmasının 1200 km-lik cəhbə xətti boyunca stres şəraitində genişmiqyaslı hərbi əməliyyatları səmərəli şəkildə koordinasiya etməsi az ehtimal olunur", - Britaniya kəşfiyyatı izah edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.