Səslərin sayılmasında AA və ANKA arasında amansız mübarizə gedir

15-05-2023, 09:14           
Səslərin sayılmasında AA və ANKA arasında amansız mübarizə gedir
Türkiyədəki seçkilərin nəticələrinin təqdim edilməsilə bağlı Anadolu Ajansı (AA) və ANKA Haber Ajansı arasında "qırğın" gedir.
Xatırladıram ki, AA Türkiyənin rəsmi Agentliyidir, ANKA isə daha çox CHP-yə yaxın Agentlik hesab olunur.
Bildiyim qədər hazırda Anadolu Agentliyi Türkiyədə seçki nəticələrini elan edən yeganə media orqanıdır.
Yeri gəlmişkən, FETO məsələsinədək bu səlahiyyət "Cihan” Xəbər Agentliyində olub.
Məlum hadisələrdən sonra bu Agentlik bağlanıb və bu səlahiyyət AA-ya keçib.
AA Türkiyə Yüksək Seçki Qurumuna daxil olan nəticələri qeydə alıb hesablayan nəhəng elektron hesablama sisteminə sahibdir.
Əvvəlki illərdə AKP və Əkrəm İmamoğlu da belə bir elektron infrastruktura sahib idi. Əkrəm İmamoğlu ötən seçkilərdə bu sistemdən istifadə edib.
Bu seçkilərdə məlum oldu ki CHP də bütün Türkiyə üzrə ANKA -nın alternativ elektron hesablama sistemini qurub.
Hər iki Agentlik yerlərdəki seçki qurumlarından daxil olan protokollar əsasında özlərinin elektron sistemlərində hesablamar aparmaqla nəticələri təqdim edirlər.
Baxıram ki, hələlik seçkilərin nəticələrini təqdim edən bu iki Alternativ qurumun təqdim etdiyi rəqəmlər arasında kəskin fərq var
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.