Rusiyada yaşayan türklərin çoxu ona səs verib

15-05-2023, 09:16           
Rusiyada yaşayan türklərin çoxu ona səs verib
Türkiyə prezidenti seçkilərində Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrində səs verən türk seçicilərin yarıdan çoxu (54,47%) müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyib.

Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Rusiyadakı türk seçicilərin 38,26%-i Rəcəb Tayyib Ərdoğana, 4,24%-i isə ATA Alyansının namizədi Sinan Oğana səs verib. Namizədliyini geri götürən siyasətçi Məhərrəm İncə 3,03% səs toplayıb.

Məlumat Rusiyadakı seçki məntəqələrindəki seçki qutularının 93,75 faizinin emalından sonra əldə edilib. Seçicilərin 34,25%-i, başqa sözlə 4644 nəfər səsvermədə iştirak edib. 25 bülleten etibarsız sayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru