MİKRODALĞALI SOBADAN TEZ-TEZ İSTİFADƏ EDƏNLƏRİN DİQQƏTİNƏ…

15-05-2023, 13:23           
MİKRODALĞALI SOBADAN TEZ-TEZ İSTİFADƏ EDƏNLƏRİN DİQQƏTİNƏ…
Texnologiyanın inkişafı insanların işini asanlaşdırsa da, müəyyən sağlamlıq problemlərinə də səbəb olur. İşimizi yüngülləşdirən, lakin sağlamlığımız üçün o qədər də məsləhət görülməyən mətbəx texnoloji alətlərindən biri də mikrodalğalı sobalardır. Bu gün evlərin əksriyyətində ən çox istifadə edilən bu əşyanın insan orqanizminə verdiyi zərər daha çoxdur.

Tribunainfo.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, bilavasitə şüa ilə isidilən yeməklərin tərkibi dəyişmiş olur. Qida yemək üçün yararlı olsa da, içindəki vitaminlər şüa səbəbindən məhv olur. Bu da orqanizm üçün arzuolunan deyil.

Mütəxəssislərin fikrincə, mikrodalğalı sobada isidilən qidalar üçün seçilən temperatur, onun qoyulduğu qab, təyin edilmiş müddət də olduqca önəmlidir. Belə ki, yeməyin plastik qabda mikrodalğalı sobada isidilməsi məsləhət deyil. Həmçinin qalmış ət və süd məhsullarının qızdırılıb istifadəsi digər məhsullara müqayisədə daha təhlükəlidir.
Mikrodalğalı sobadan düzgün istifadə olunmadığı halda mədə-bağırsaqda müəyyən fəsadlar yarana bilər. Bu ishal, ürəkbulanma, başgicəllənmə kimi hallarda müşahidə oluna bilər. Mikrodalğalı sobadan həddən artıq istifadə xərçəng xəstəliyi riski də yaradır. Müəyyən şiş xəstəliyi olan insanlara isə bu əşyadan istifadə məsləhət görülmür.
Həmçinin bir yeməyin bir neçə dəfə mikrodalğalı sobada qızdırılması da orqanizmə olduqca ziyandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru