İstintaq orqanı Səlim Müslümovun ödədiyi məbləği məhkəməyə təqdim etməyib - İLGİNC

15-05-2023, 19:13           
İstintaq orqanı Səlim Müslümovun ödədiyi məbləği məhkəməyə təqdim etməyib - İLGİNC
Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

TEREF.AZ-ın Trend-ə istinadən məlumatına görə, prosesin təxirə salınmasına səbəb israfetmə epizodu üzrə ayrılmış cinayət işində dəymiş ziyanın ödənilməsi ilə bağlı istintaq orqanı tərəfindən yekun məlumatın məhkəməyə təqdim edilməməsi olub.

Hakim bildirib ki, həm müdafiə, həm də ittiham tərəfi ziyanın hansı hissədə ödənilməsinin dəqiqləşdirilməsində maraqlıdır. Buna görə də proses mayın 31-də davam etdiriləcək.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

O, 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru