"Biz onu gözləmirdik, özü peyda olub" - Alla Puqaçovaya qarşı cinayət işi açıla bilərmi?..

16-05-2023, 18:26           
"Biz onu gözləmirdik, özü peyda olub" -
"Konqres üzvləri, lütfən, ikili vətəndaşlığa görə cinayət təqibi haqqında qanunun qəbuluna səs verin..."

Alla Puqaçova Moskvaya dönüb, amma xoş qəbul əvəzinə ona qarşı cinayət işinin açılması təklif edilib. Bu, "Kremldən verilən işarədir"...

Müğənni Alla Puqaçovanın Moskva səfəri ətrafında mübahisələr, deyəsən, pik həddə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə "dzen.ru" nəşri yazıb.

Rəsmi şəxslərin fikrincə, bu səfərdə sensasiya axtarmağa dəyməz. Burada heç bir siyasi element yoxdur, sırf onun özü ilə bağlı olan məsələdir.

Birincisi, artist xanım Rusiyada qalan daşınmaz əmlakının məsələsini həll etməlidir.

İkincisi, onun zavallı əri Maksim Qalkin haqqında bir daha danışmaq imkanı var. Birdən o, özünün xarici agent statusundan imtina edə bilər, onda necə olsun?

Bu arada isə peşəkar səviyyədə qalmaqallar və fırtınalar getdikcə artmaqdadır.

Məsələn, ictimaiyyətlə əlaqələr üzrə əməkdaş Sergey Mardin Puqaçovanın Rusiyaya dönə bilməyəcəyi barədə etirafını öyrəndikdən sonra hakimiyyətə müraciət edib.

"Konqres üzvləri, zəhmət olmasa, ikili vətəndaşlığa görə cinayət təqibi haqqında qanunun qəbul edilməsinə səs verin.

Əgər vətəndaş birdən Rusiya vətəndaşlığından imtina etmədən ikinci paspost əldə edərsə, o, avtomatik olaraq bu müddəti qəbul etməli və əlbəttə ki, bu müddətdə geriyə dönə bilməz".

Əgər bizim qanunvericilikdə belə müddəa varsa, o zaman Alla Puqaçova, heç şübhəsiz, təhlükə altına düşəcək.

Üstəlik, bəzi mənbələr Mardinin "Kremldən siqnalları" ötürməyə başladığını deyir! Lakin belə bir şey yoxdur. Mövcud deyil.

Çünki yuxarıda deyilən maddənin mövcud olması ikili vətəndaşlığı olan bəzi məmurlara qarşı cinayət içinin açılmasına gətirib çıxara bilər.

Bir az geriyə dönək.

Telejurnalist Vladimir Solovyov Alla Borisovnanın Moskvaya dönməsi barədə xəbər tutanda hiddətə gəlib.

"Mən anlamıram, Puqaçova niyə ölkəyə buraxılıb? Nə baş verir? Doğrudanmı, sizin bacardığınız elə budur? Dövlətin ünvanına ağzına gələni danışa bilərsən, sonra da səni yenidən ölkəyə buraxmaq olar?"

Solovyovun ovqatı anlaşılan olub. Axı, Alla Puqaçova, sadəcə, Rusiyadan getməyib, o, öz ölkəsini tərk etməyən insanları "qul və kəndçi" adlandırıb.

O zaman telejurnalistin özü bəlaya düşüb. Müğənni onun haqqında deyib: "Mən bu adamın əngini əzmək istərdim! Volodya, təəssüf ki, mən qəzəbimdən bunu edə bilərəm!".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.