Ermənistan sakinlərinin çoxu Azərbaycanla sərhəd gərginliyində hakimiyyəti günahkar hesab edir

17-05-2023, 10:14           
Ermənistan sakinlərinin çoxu Azərbaycanla sərhəd gərginliyində hakimiyyəti günahkar hesab edir
Respondentlərin 42,6%-i Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərdə Ermənistan hakimiyyətini günahkar hesab edir.

Bunu çərşənbə axşamı GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyanın təqdim etdiyi sorğunun nəticələri sübut edir.

Həmçinin rəyi soruşulanların 26,5%-i Rusiya, 18,3%-i Azərbaycan, 9,5%-i isə Türkiyə hakimiyyətinini 15,6%-i Rusiya sülhməramlılarını sərhəddəki gərginlikdə ittiham edib.

Sorğu bütün Ermənistan üzrə aprelin 26-30-da telefon zəngləri vasitəsilə aparılıb və prosesdə 1100 nəfər iştirak edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.