Dünyanın ən varlı adamları açıqlandı - Birincilik dəyişdi - FOTO

1-06-2023, 12:27           
Dünyanın ən varlı adamları açıqlandı - Birincilik dəyişdi - FOTO
İlon Mask fransız biznesmen Bernard Arnonu geridə qoyaraq, dünyanın ən varlı adamı adını statusunu yenidən qazanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" məlumat yayıb.

Məlumata görə, ötən gün “Tesla”nın səhmləri 1.38% artıb. Beləliklə Mask 1.98 milyard dollar varlanaraq LVMH (Moet Hennessy - Louis Vuitton) şirkətinin rəhbəri Bernard Arnonu ötüb.

Xatırladaq ki, Mask və 74 yaşlı fransız bu il dünyanın ən zəngin 500 adamını sıralayan "Bloomberg Billionaires Index" zirvəsində yer almaq üçün şiddətlə mübarizə aparırdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.