Uşaqların “102” Xidmətinə müraciətləri artıb - VİDEO

2-06-2023, 12:44           
Uşaqların “102” Xidmətinə müraciətləri artıb - VİDEO
“Ölkədəki neqativ hadisələrə reaksiya olaraq bu il Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə uşaqların müraciəti artıb”.

Xezerxeber.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, Elşad Hacıyev “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı tədbirdə deyib.

Onun sözərinə görə, uşaqların cəmiyyətdəki hadisələrə belə tez reaksiya verməsi sevindirici haldır. Hazırda 500-dən artıq uşağa yol-hərəkəti qaydaları ilə bağlı təbliğat işləri aparılır.

“Ümumiyyətlə isə təbliğat o yerlərdə daha çox aparılır ki, təhlükəli qəzalar həmin yerlərdə baş verir”,- deyə şöbə rəisi vurğulayıb.

Elşad Hacıyev jurnalistlərə açıqlamasında son illərdə cəmiyyətdə narazılığa səbəb olan bəzi taksi şirkətlərinin fəaliyyətindən də danışıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev isə bildirib ki, uşaqların ölüm və xəsarətlə nəticələnən hadisələrinin kökündə ani diqqətsizlik və ya məsuliyyətsizlik dayanır. Mərkəzin rəhbəri ötən və bu il dünyasını dəyişən uşaqların statistikasını da açıqlayıb.

Qeyd edək ki, bu gün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində uşaqların maarifləndirilməsi, yol-hərəkəti qaydalarına düzgün əməl edilməsi istiqamətində yollarda hərəkətin təşkili əyani olaraq göstərilib. Kampaniya çərçivəsində paytaxtda uşaq və valideynlərlə maarifləndirmə işi aparılıb, təbliğat xarakterli materiallar və hədiyyələr təqdim edilib.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru