Marsa şirkətinin TV reytinqləri FOTO

2-06-2023, 14:16           
Marsa şirkətinin TV reytinqləri   FOTO
Ölkədəki TV kanalların hansı vəziyyətdə olmasını ölçən MARSA nəhayət ki, hesabatlarının və reytinqlərinin bir hissəsini ictimaiyyət üçün də açıqlamağa başlayıb.
Adətən bu tip qurumlar belə məlumatları TV kanalların özlərinə və reklamverənlərə təqdim edirdilər.
Hələlik, ölkəmizdə Marsa-nın müəyyən etdiyi panel, yəni teleölçməni aparanlar 950 ailədən (1430 izləyicidən) ibarətdir.
MARSA şirkəti bu ailələrə ölçməni aparmaq üçün TV sayğac, yəni PM7 Peoplemetri paylayıb.
Panel üzvləri televizorlara inteqrasiya olunan bu cihazlar vaditəsilə hansı kanallara və hansı verilişlərə , hansı müddətdə baxdıqlarını qeyd edir və bu məlumatlar Marsaya ötürülür.
Toplanan data Marsanın əməkdaşlıq etdiyi Kantar Media şirkətinin Londonda yerləşən Data Mərkəzində emal olunur.
Marsa bu məlumatları xeyli müddət olardı ki, TV rəhbərlərinə təqdim edirdi amma ictimaiyyət üçün açıqlamırdı.
İndi baxıram ki, xəsisliklə də olsa, öz saytında mücərrəd rəqəmləri açıqlayıb

Ümid edirəm digər ölkələrdə olduğu kimi bu hesabatların ictimai əhəmiyyət kəsb edən hissələri daha ətraflı açıqlanacaq.
Həmçinin ümid edirəm Marsa maraqlı tərəflərlə birgə bu hesabat və reytinqlərin ictimai müzakirəsini təşkil edəcək.
TV-lərin reytinqi ilə bağlı Marsa-nın son açıqlamaları aşağıdadır.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.